Köhnə avtomobillərin taleyi necə olacaq? – Yeni layihə

16:22 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Azərbaycanda köhnə avtomobillərin utilizasiyasına dair layihə hazırlandığı elan olunub.

ABC.AZ-ın məlumatına görə, layihə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanıb.

Bu barədə "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev bildirib.

Nazirlik rəsmisi bildirib ki, hazırda qeyd olunan proqram müvafiq dövlət orqanları tərəfindən baxılır: "Artıq İqtisadiyyat Nazirliyi tərəfindən utilizasiya proqramının layihəsi hazırdır, sadəcə dövlət orqanlarında baxılmaqdadır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər