İki gün ərzində bir sıra ərazilərdə su olmayacaq

16:41 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. 26-27 noyabr tarixlərində Abşeron, Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd olunur ki, buna səbəb Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmiryolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsidir.

 

Bütün xəbərlər