“Azərsığorta”nın keçmiş sədri vəfat edib

16:52 - 25.11.2020


25 noyabr, Fineko/abc.az. Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) keçmiş sədri Məmməd Məmmədov vəfat edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu şirkətin sədr müavini Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, keçmiş sədr bu gün 80 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, M.Məmmədov “Azərsığorta”da 1993-2020-ci illərdə rəhbərlik edib, Prezident İlham Əliyevin bu il martın 13-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.

 

Bütün xəbərlər