330x100
 

Kredit təşkilatlarındakı problemli kreditlər azalıb – 6 faizə yaxın

25.11.2020,17:10


25 noyabr, Fineko/abc.az. 2020-ci ilin oktyabr ayında Azərbaycanın kredit təşkilatlarındakı ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 6 milyon 523 min manat olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügüdən dövrdə problemli kreditlər 62 milyon 982 min manat və ya 5,9% azalıb.

Müqayisə üçün qeyd edək ki, sentyabrın sonunda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 69 milyon 505 min manat, 2019-cu ilin sonunda isə 1 milyard 273 milyon 7 min manat təşkil etmişdi.

Müəllif: Elmir Murad