330x100
 

Banklardakı müddətli əmanətlər azalıb

26.11.2020,10:53


26 noyabr, Fineko/abc.az. 2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin banklardakı müddətli əmanətləri 20 milyon manat azalıb.

ABC.AZ Mərkəzi Bankın "Bank sektorunun icmal balansı" statistikasına istinadən xəbər verir ki, sentyabrın sonunda müddətli əmanətlər 4 milyard 894 milyon 700 min manat təşkil edib.

Oktyabr ayının sonunda isə 4 milyard 874 milyon 700 min manat olub. Oktyabr ayında fiziki şəxslərin tələbli əmanətləri isə 64,7 milyon manat artaraq 2 milyard 886 milyon manata yüksəlib.

Müəllif: Elmir Murad