Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat hazırlayacaq - Sahibə Qafarovadan təklif

11:42 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

ABC.AZ-ın məlumatına görə, iclasda spiker Fransa senatında qəbul edilən qətnaməyə münasibət bildirib.

O qeyd edib ki, ötən gün Senatda təxribat xarakterli qətnamə qəbul edilib: “Xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa çalışılıb. Bununla bağlı Milli Məclis ciddi bir bəyanat qəbul etməlidir”.

Daha sonra deputat Azay Quliyev bildirib ki, qətnamə siyasi korrupsiyanın bariz nümunəsi hesab edilməlidir: “Dünyada indiyə kimi belə bir absurd qətnamə qəbul olunmayıb. Qətnamə işğaldan azad edilən torpaqların yenidən işğalçıya qaytarılmasını tələb edir. Həmçinin Türkiyəyə qarşı da əsassız iddialarla çıxış edir. Qətnamə ləğv olunana kimi biz Fransanın ATƏT-in həmsədri kimi qalmasından imtina etməliyik. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Fransayla diplomatik əlaqələrə yenidən baxılmalıdır.  Həmçinin parlamentin Fransa ilə İşçi Qrupunun fəaliyyəti dayandırılmalıdır”.

Spiker bəyanatı hazırlamaq üçün deputatlardan ibarət komissiya yaradılmasını təklif edib.

 

Bütün xəbərlər