AMB valyuta hərracında banklara $56,2 mln. satıb

12:46 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, noyabrın 26-da valyuta hərracında banklara $56,2 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $56,2 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Bütün xəbərlər