DİN-də yeni təyinat – Elşad Hacıyevə yüksək vəzifə verildi

14:05 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətində kadr dəyişikliyi həyata keçirilib.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni əmr imzalayıb.

Əmrə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev DİN Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Bütün xəbərlər