Caspian European Club-un turizm komitəsinin iclası keçirilib

15:53 - 16.02.2018


Bakıda Caspian European Club-un tərkibinə daxil olan turizm komitəsinin iclası təşkil olunub.

Turizm komitəsinin rəhbəri Elşən Rəhimovun sədrliyi ilə keçirilən toplantı zamanı turizm şirkətlərinin başçıları və nümayəndələri üzləşdikləri problemləri və onların həlli yollarını müzakirə ediblər. İrəli sürülən təkliflər Caspian European Club-un hüquq komitəsi tərəfindən öyrənildikdən sonra müvafiq dövlət qurumuna göndəriləcək.

Müzakirələrin yekunu olaraq, dövlət qurumları ilə işçi qrup çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri Zati-aliləri cənab İlham Əliyevə təqdim etmək üçün xüsusi hesabat və təkliflər paketi hazırlanacaq.

Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə kömək edir. Sıralarında beş mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Caspian European Club iki il ərzində Caspian American Club (16 dekabr 2016-cı ildə yaranıb) və Caspian Asian Club-u (26 yanvar 2018-ci ildə yaranıb) idarə edəcək.

Bütün xəbərlər