Bakı-İzmir-Bakı istiqamətində uçuşlar artacaq - "Buta Airways"-dən qərar

14:23 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. "Buta Airways" Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslərin sayını artıracaq.

ABC.AZ xəbər verir ki, bu barədə “Buta Airways” aviaşirkətindən bildirilib. Qeyd olunub ki, dekabr ayının 10-dan etibarən bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər