Azərbaycan Türkiyəyə ən çox təbii qaz satan ikinci ölkədir

17:26 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Sentyabr ayında Türkiyə Azərbaycandan 753 milyon kubmetr təbii qaz idxal edib.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi avqust ayı ilə müqayisədə 233 milyon kubmetr azalıb.

Azərbaycan sentyabrda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci yerdə qərarlaşıb. Bu ilin 9 ayında Türkiyə Azərbaycandan 8 milyard 275 milyon kubmetr təbii qaz alıb.

Müqayisə üçün qeyd edək ki, keçən il Türkiyənin  Azərbaycandan təbii qaz idxalının həcmi 9 milyard 593 milyon kubmetr təşkil edib.

 

Bütün xəbərlər