Əhalidə Pos-terminallara maraq artıb – Nağdsız ödənişlərin sayı çoxalıb

11:00 - 27.11.2020


27 noyabr, Fineko/abc.az. 2020-ci ilin 10 ayı ərzində ölkə daxilində POS-terminallar ilə 1 milyard 678 milyon manat həcmində 38 milyon 109 min əməliyyat nağdsız ödəniş aparılıb.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın açıqladığı statistika xarakterli məlumatda qeyd olunub. 2019-cu ilin 10 ayında POS-terminallar ilə nağdsız ödənişlərin həcmi 1 milyard 52 milyon manat, sayı isə 19 milyon 772 min təşkil etmişdi.

Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların cəmi məbləği 626 milyon manat və ya 59,5%, əməliyyatların sayı 18 milyon 337 min və ya  92,7% artıb. 

2020-ci ilin Oktyabr ayında POS-terminallar ilə 4 milyon 278 min əməliyyat üzrə 200 milyon manat məbləğində nağdsız ödəniş həyata keçirilib. Ötən ilin oktyabr ayında bu rəqəmlər müvafiq olaraq 2 milyon 426 min və 114 milyon manat idi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər