2017-ci ildə Azərbaycanın dövlət qiymətli kağızlar bazarı 7,3 dəfə artıb

16.02.2018,16:41


16 fevral, Fineko/abc.az. Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin yekunları üzrə ölkədə qiymətli kağızlar bazarının artımını bildirir.

Palatadan verilən məlumata əsasən, keçən il qiymətli kağızlar bazarı 12% artaraq 15,7 milyard manat təşkil edib.

“Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 7,3 dəfə, korporativ qiymətli kağızların təkrar bazarı isə 2,8 dəfə artmışdır”, - məlumatda belə deyilir.