330x100
 

Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib

27.11.2020,14:25


27 noyabr, Fineko/abc.az. Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsində iştiraka dəvət olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən ABC.AZ-a bildirilib ki, nazir Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib, birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrin genişləndirilməsində rolunun gücləndirilməsi vurğulanıb, Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsində iştiraka dəvət edilib.