Uşaqlara dair strategiya ilə bağlı fəaliyyət planı təsdiqlənib – Sərəncam

15:04 - 27.11.2020


27 noyabr, Fineko/abc.az.  Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, həmin fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

 

Bütün xəbərlər