330x100
 

Paşinyan Laçına görə bir saat ərzində iki dəfə Putinlə telefonla danışıb

27.11.2020,15:05


27 noyabr, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyan son saat ərzində Rusiya prezidenti Vladimir Putinlə iki dəfə telefon danışığı keçirdiyini bildirib.

"Laçın dəhlizinin yaşayış məntəqələri, itkin düşmüşlər, axtarış işləri, ölən və əsirlərin meyitlərinin dəyişdirilməsi prosesi, sülhməramlıların yerləşdirilməsi və delimitasiyası, həmçinin regionun nəqliyyat kommunikasiyalarının açılması məsələləri əsas müzakirə mövzuları olub", - deyə o, Facebook səhifəsində yazıb.

Paşinyanın sözlərinə görə, bu cür müzakirələr müntəzəm şəkildə, bəzən isə gündə bir neçə dəfə aparılır.

"Bu müzakirələrin tezliyi və işçi xarakteri daşımasını nəzərə alınaraq, onlar haqqında məlumatlar həmişə yayılmır", - deyə o əlavə edib.