Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

16:31 - 27.11.2020


27 noyabr, Fineko/abc.az. İşğaldan azad edilən Şuşa şəhərində həyat əhəmiyyətli infrastrukturların, o cümlədən içməli su  təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Bununla əlaqədar “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup Şuşa şəhərinə və işğaldan azad olunmuş digər rayonlara ezam olunublar.

İlkin olaraq Daşaltı kəndinin içməli su təchizatı sistemi araşdırılıb. Aparılan təftiş işləri nəticəsində su təchizatı sismində baş vermiş qəzalar aradan qaldırılıb və 12 noyabr 2020-ci il tarixində kəndə suyun verilişi təmin edilib.

Şuşa şəhərinə ezam edilmiş “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli şəhərdə görülən işlər barədə məlumat verərək bildirib ki, hazırda Şuşa şəhərinin daxili paylayıcı şəbəkəsinin qəzalı vəziyyətə düşmüş hissələri hazırda təmir edilir. Görülmüş işlər nəticəsində Şuşa şəhərinin böyük bir hissəsi içməli su ilə təmin olunub.

 

Bütün xəbərlər