Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılacaq

16:35 - 27.11.2020


27 noyabr, Fineko/abc.az. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.

Bu barədə ABC.AZ “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.

 

Bütün xəbərlər