330x100
 

COVİD 19 bir gündə 37 can aldı – Gürcüstanda yoluxma sürətlə yayılır

30.11.2020,11:12


30 noyabr, Fineko/abc.az. Gürcüstanda son sutkada 3 216 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 37 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1 267 nəfər həyatını itirib. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3 937 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 135.584 nəfərə çatıb. Onlardan 113.986 nəfəri isə tam olaraq sağalıb.