330x110
 

Kirayə verilməsi yolu ilə nə qədər mənzil satılıb?

30.11.2020,11:52


30 noyabr, Fineko/abc.az. 2020-ci ildən başlanan kirayə verilməsi yolu ilə mənzillərin satışı proqramı çərçivəsinə indiyədək 380 mənzil satılıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə onlayn görüşdə İpoteka və Kredit Zəmanət Fondunun sədr müavini Rəhman Hümmətov bildirib.

O qeyd edib ki, bu rəqəm fondu qane etməsə də, məhsul yeni, əhalinin məlumatının az olduğunu, nəzərə alanda bu başa düşüləndir.

"Hazırda ipoteka kreditləri olduqca populyar məhsuldur, amma yeni başlayanda buna maraq az idi. İlk il cəmi 230 ipoteka krediti verilmişdi. Amma indi ipoteka kreditləri daha populyardır" deyə R. Hümmətov bildirib.

Müəllif: Elmir Murad