330x110
 

İpoteka və Kredit Zəmanət Fondunun aktivləri bu qədərdir – Açıqlama

30.11.2020,12:14


30 noyabr, Fineko/abc.az. Bu günə İpoteka və Kredit Zəmanət Fondunun aktivləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bunu onlayn görüşdə İpoteka və Kredit Zəmanət Fondunun sədr müavini Rəhman Hümmətov bildirib.

O qeyd edib ki, Fondun aktivləri indiyədək 1,8 milyard manat, məcmu kapitalı 822 milyon manat təşkil edir.

R.Hümmətov qeyd edib ki, hazırda təmsil etdiyi qurum korporotiv qiymətli kağızlar bazarının 95%-nə, bütün bazarın isə 15%-nə nəzarət edir.

"Əgər əvvəllər biz qonşu ölkələrin təcrübəsini öyrənirdiksə, hazırda Rusiya, Qazaxıstan və Qırğızıstan bizim bəzi təcrübələrimizlə maraqlanır”, - deyə R.Hümmətov əlavə edib.