Bu Komitə “OPEC+”-un neft hasilatını məhdudlaşdırmaqla bağlı qərar verəcək

12:35 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. OPEC və bəzi OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin toplantısı ərəfəsində neft bazarındakı qeyri-müəyyənlik davam edir.

ABC.AZ xəbər verir ki, bu gün OPEC+ Müştərək Texniki Komissiyasının  iclasının keçirilməsi gözlənilir. Toplantıda əsas müzakirə mövzuları son iclasdan ötən müddət ərzində qlobal neft bazarındakı inkişaflar və 2021-ci ilin birinci yarısının perspektivləri olacaq.

Dekabrın 1-də isə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin  videokonfrans formatında iclası təşkil ediləcək.

Yığıncaqda “OPEC+”un neft hasilatına dair məhdudiyyətlərlə bağlı qərar verməsi nəzərdə tutulur.

 

Bütün xəbərlər