Azərbaycan 2017-ci ildə taxıl idxalına 227 milyon manat xərcləyib

19.02.2018,10:36


19 fevral, Fineko/abc.az. Azərbaycan 2016-ci ildə 1,6 milyon ton taxıl idxal edib.

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun sözlərinə əsasən, 2017-ci ildə ölkəyə 1,2 milyon ton taxıl idxal edilib ki, buna da 227 milyon manat xərclənib.

“Bu, böyük rəqəmdir. Araşdırmalar göstərir ki, idxal olunan taxılın təxminən 37%-i 1-3-cü sinif taxıllardır. Digər hissəsi isə texniki təyinatlı taxıldır. Bunu özümüz də asanlıqla istehsal edə bilərik. Bu işin təşkili, texniki təminatın üçün müəyyən işlər görülüb”, - deyə nazir bildirib.

 

 

Açar sözlər: Əsədov