330x110
 

İpoteka və Kredit Zəmanəti Fondu borc alır – Hərrac

30.11.2020,17:11


30 noyabr, Fineko/abc.az. Dekabrın 1-i tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Birjadan ABC.AZ-a daxil olmuş məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.