330x100
 

BNA bu işlərə 3 milyon manatdan çox pul xərcləyəcək

30.11.2020,17:18


30 noyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, BNA Bakı şəhərində fəaliyyət göstərən ictimai 3 milyon manatdan çox xərcləyəcək nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatı və onunla əlaqədar mal, iş və xidmətlərin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təkliflərini qiymətləndirib.

Açıq tenderin qalibi “Aris” MMC elan edilib və şirkətlə müqavilə imzalanıb. Agentlik şirkətə 3 milyon 498 min 317 manat ödəyəcək.