Azərbaycan, ildə 40 min ton düyü istehsalı üçün Cənubi Koreya təcrübəsini öyrənəcək

10:43 - 19.02.2018


19 fevral, Fineko/abc.az. Azərbaycanda düyüyə olan illik tələbat 40 min ton təşkil edir.

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, 2017-ci ildə ölkəyə düyünün idxalı üçün  36 milyon dollar xərclənib, halbuki çəltikçilik Azərbaycanda həmişə ənənəvi sahələrdən olub.

“Dövlət Proqramına əsasən, 40 min ton həcmində düyü istehsalını 2025-ci ilədək təmin etməliyik. Bu sahədə  Cənubi Koreya təcrübəsi öyrənilməli, yeni texnikalar alınmalıdır”, - bunu nazir söyləyib.

 

Bütün xəbərlər