Azərbaycanda ən populyar olan sosial şəbəkələr - Siyahı

11:06 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Azərbaycanda daha populyar olan sosial şəbəkələrin adları açıqlanıb.

ABC.AZ-ın bununla bağlı "Global Stats" statistika mərkəzi açıqlama yayıb.

Dekabrın 1-nə olan məlumata görə, hazırda Azərbaycanda ən populyar olan sosial şəbəkə "Pinterest"dir. Belə ki, sözügedən dövrdə "Pinterest"-in Azərbaycanın sosial media bazarında payı 27,1% təşkil edib. Bu da ötən ilin müvafiq göstəricisindən 16,2 faiz bəndi çoxdur. İkinci yerdə "Instagram" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı noyabr ayı ərzində 20 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin dekabr ayının 1-nə 23,9% təşkil edib. Bu da ötən ilin eyni dövründəkindən 13,7 faiz çox deməkdir. Bu ilin noyabr ayı ərzində ölkə üzrə "Facebook" şəbəkəsinin istifadəçilərinin fəallığı 13 faiz bəndi artıb. 3-cü yerdə qərarlaşan "Facebook"-un dekabrın 1-nə olan məlumata görə, Azərbaycan sosial media bazarında 23,3% bazar payına sahibdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz bəndi azdır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər