Bakıda bina tikintisi üçün 100 milyona yaxın pul xərclənəcək

12:09 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. MİDA MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində 30 yaşayış binasının tikintisi üçün elan etdiyi 7 açıq tenderə yekun vurub.

ABC.AZ Vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki,  tenderlərin qalibi “Yar İnşaat Təmir Tikinti” MMC, “DDlar İnşaat” QSC, “Hovers Group” MMC, “GM Construction” MMC, “Hünər İnşaat” Firması, “HN Construction” MMC və “Kavkaz-L” QSC olub. Qalib şirkətlərə müvafiq olaraq 8,868 milyon manat, 8,869 milyon manat, 17,732 milyon manat, 17,666 milyon manat, 18,295 milyon manat, 18,144 milyon manat və 9,899 milyon manat, ümumilikdə isə 99,472 milyon manat ödəniləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər