Prezident Laçının azad olunması münasibəti ilə xalqı təbrik edib

12:12 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan Ordusu bu gün Laçın rayonuna daxil olub.

ABC.AZ-ın məlumatına görə, bununla Prezidenti İlham Əliyev xalqa müraciət edərək bütün laçınlıları təbrik edib: "Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Biz bir güllə atmadan Laçın rayonunu qaytardıq, düşməni buna məcbur etdik.

Biz ilk növbətə laçınlıları Laçına qaytaracağıq. Onları təbrik edirəm".

 

Bütün xəbərlər