Giorgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars dəmir yolu regiona dinamika gətirdi

11:08 - 19.02.2018


19 fevral, Fineko/abc.az. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili  54-cü Münhen Təhlükəsizlik Konfransında çıxış edib.

Giorgi Kvirikaşvilinin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən  Bakı-Tbilisi-Qars dəmir yolu regiona dinamika gətirdi.

“Gürcüstan Qərbi və Şərqi birləşdirən müxtəlif strateji təşəbbüsləri, o cümlədən, Cənub Nəqliyyat Dəhlizi və “İpək Yolu” layihəsini dəstəkləyir. Gürcüstan, Qərb ilə Şərq arasındakı ticarətin torpaq, dəniz və dəmir yolu xətləri vasitəsilə inkişaf etdirilməsi üçün layihələrin təşəbbüskarlarından biridir”, -  Giorgi Kvirikaşvili belə deyib.

Onun sözlərinə görə, Anakliya dərinsulu  limanının gələcək inşası, sərmayələrin cəlb edilməsinə və regionda rifahın artırılmasına imkan verəcək.

 

Bütün xəbərlər