Laçın şəhəri Azərbaycana nə vaxt qaytarılacaq? – Prezident məsələni şərh edib

14:13 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev bu gün xalqa müraciətində Laçın dəhlizi məsələsinə toxunub.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısə yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhərinin də bizə qaytarılacağını deyib.

İ.Əliyevin sözlərinə görə, altıncı bəndin bu hissəsi icra edilib.

"Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur" deyə dövlət başçısı bildirib.

 

Bütün xəbərlər