330x100
 

Yoluxanlar və ölənlərin sayı artdı – Son statistika

01.12.2020,14:57


1 dekabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, son sutkada 41 nəfər “COVID-19”dan vəfat edib.

1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.