Bu gün Qarabağda yaşayanlar Azərbaycan vətəndaşlarıdır – İlham Əliyev

14:58 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Ölkə başçısı əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir deyə vurğulayıb.

"Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat" - deyə İ.Əliyev vurğulayıb.

 

Bütün xəbərlər