330x100
 

Ukraynanın bu şəhərindən Bakıya uçuşlar olacaq – Tarix açıqlandı

01.12.2020,16:03


1 dekabr, Fineko/abc.az. Ukraynanın “SkyUp” aşağı büdcəli aviaşirkəti Zaporojedən Bakıya uçuşlar həyata keçirəcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətinin məlumatında deyilir. Bildirilir ki, Ukrayna Dövlət Aviasiya Xidməti “SkyUp” aviadaşıyıcı şirkətinə Zaporojye hava limanından hava xətlərinin istifadəsinə icazə verib.

Zaporojye-Bakı aviareysi həftədə iki dəfə həyata kçiriləcək. Aviareyslərin həyata keçirilməsinə 2021-ci ilin martın 28-dən başlanılacaq və məhdudiyyətsiz müddət üçün etibarlıdır.