330x100
 

Bakıda 10 küçə və prospektdə avtobus zolaqları çəkilir – Foto

01.12.2020,16:31


1 dekabr, Fineko/abc.az. Bakıda daha 10 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil olunması təsdiq edilib.

ABC.AZ xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Nazirlər Kabinetinin qərarına əsasən, M.K.Atatürk, Q.Qarayev, Gəncə, M.Üseynov prospektlərində, eləcədə A.M.Şərifzadə, M.Hadi, R. Behbudov, Ə.Rəcəbli, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqları təşkil olunacaq deyən M.Ağayev qeyd edib ki, seçilmiş küçə və prospektlərdə avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. "Belə ki, sadalanan yollardan gün ərzində yüz minlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir. Zolqaların təşkilində əsas məqsəd, müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəs hərəkətini təmin etməkdir ki, bu da mövcud pandemiya şəraitində xüsusi ilə əhəmiyyət kəsb edir. Zolağın təşkili ilə pik saatlarda və yolda hərəkət məhdudiyyəti olduğu zaman avtobuslararası interval stabilləşəcək, sərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4-dəqiqəyədək azalacaq” deyə M.Ağayev qeyd edib.