330x100
 

Gürcüstanda müəllimlərin maaşı artırılır – Hökumət əlavə pul ayıracaq

01.12.2020,16:48


1 dekabr, Fineko/abc.az. Gürcüstanda 2021-ci ilin yanvarından etibarən statusu olan müəllimlərin maaşı 100 lari artırılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, müvafiq dəyişikliklər 2021-ci ilin büdcə layihəsində nəzərdə tutulub.

Təhsil işçilərinin maaşlarının artırılması üçün büdcədən əlavə olaraq 120 milyon lari ayrılacaq.

Müəllif: Elmir Murad