Azərbaycanda icbari avtomobil sığortası üzrə sığorta haqlarının hesablanması sistemi sadələşdirildi

19.02.2018,11:24


19 fevral, Fineko/abc.az. Azərbaycanda avtonəqliyyat vasitəsi sahibləri icbari avtomobil sığortası üzrə sığorta haqlarını müstəqil şəkildə hesablaya bilərlər.

İcbari Sığorta Bürosunun məlumatında deyildiyi kimi, sığorta haqlarını, sürücülər üçün yaradılan hesabla.isb.az  resursu vasitəsilə hesablamaq mümkündür.

“Sürücülər, avtomobilin markası haqqında informasiyanı və Bonus-Malus əmsalını daxil etməklə, sığorta haqlarının məbləğini hesablaya bilərlər”, - məlumatda belə deyilir.