Ağstafada korona xəstəsi olan ər-arvadı polis saxlayıb

10:50 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Ağstafada evdən çıxan ər-arvad koronavirus xəstələri saxlanılıb.

Daxili İşlər Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, Ağstafa RPŞ əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərovanın koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə yaşadıqları evi tərk etmələri aşkarlanıb.

Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib.

Onlar barəsində RPŞ-də araşdırmalar davam etdirilir.

 

Bütün xəbərlər