“Azərkosmos" dünyanın 30 ölkəsinə peyk xidməti ixrac edib – 10 ayın hesabatı

12:09 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “İxrac İcmalı”nın noyabr sayı təqdim edilib.

ABC.AZ-ın məlumatına görə, sözügedən sayda 2020-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 37,8 milyon ABŞ dolları peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətlərinin ixrac edildiyi açıqlanıb.

Qeyd olunub ki, 10 ayda “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər