330x100
 

10 noyabr bundan sonra Zəfər Günü kimi qeyd ediləcək – İlham Əliyevdən Sərəncam

02.12.2020,14:01


2 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncamda deyilir:

1. Hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.