Sərt addımlar atılmalıdır – Koronavirusla bağlı açıqlama

14:37 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Yoluxma sayında elə məqam gəlib ki, sərt addımlar atılmalıdır.

ABC.AZ xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev bugünkü brifinqdə deyib.

O qeyd edib ki, belə addım atılmasa vəziyyət daha da pisləşəcək:"Mütləq sərtləşmə olmalıdır, əks halda pis vəziyyət yaranacaq.

Heç olmasa 2 həftəlik bir mərhələ olmalıdır. Dünyanın bütün ölkələrində sərtləşdirmə baş verir”.

 

Bütün xəbərlər