330x110
 

Daha 37 nəfər öldü, 3942 yeni yoluxma var – Bir günün statistikası

02.12.2020,14:46


2 dekabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 3942 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, 2265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 37 nəfər “COVID-19”dan vəfat edib.