Son dövrlər yoluxmaların artmasının səbəbi açıqlanıb

14:52 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev son zamanlar yoluxmanın artım səbəbini izah edib.

ABC.AZ xəbər verir ki, A.Allahverdiyev bugünkü brifinqdə qeyd edib ki, müharibənin başlaması, insanların stress və həyəcan keçirməsi immun sisteminə təsir edib.

"Bu isə xəstəlikdə yoluxma sayının 4000-i aşmasına gətirib çıxardı. Avqust ayında 135 xəstə var idi. Sadəcə 2 nəfər vəfat etmişdi. Xəstəlik daşıyıcıları 20 yaşa qədər insanlardır. Ancaq evdə 65 yaşüstü olan insanlarla təmasda olurlar. Bilməlidir ki, onlar ölüm daşıyıcılarıdır. Burun açıq olmamalıdır. Taksilər pəncərə qapalı bütün günü sərnişin daşıyırlar. Taksiyə oturan kimi maska tələb etməli, pəncərəni açıb havanı dəyişmək lazımdır”.

 

Bütün xəbərlər