330x100
 

On ayda Azexport.az portalı ilə 512,2 milyon dollarlıq ixrac sifarişləri olub - Hesabat

02.12.2020,15:21


2 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 512,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

ABC.AZ-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında qeyd olunub.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında portal daxil olan ixrac sifarişləri dəyər baxımından 7,3 faiz artıb.