Özbəkistanın yeni hökuməti Azərbaycanda iqtisadi islahatların aparılması təcrübəsini öyrənmək istəyir

11:57 - 19.02.2018


19 fevral, Fineko/abc.az. Özbəkistan, yeni hökumətin rəhbərliyi ilə, prioritet sahələrin inkişafı üçün beşillik strateji plan hazırlayıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Musa Məmmədovla görüşdə Özbəkistanın səfiri Şerzod Fayziyev bildirib ki, Özbəkistanın bu istiqamətdə Azərbaycan təcrübəsindən öyrənə biləcəyi çox şey var.

“Özbəkistanda həyata keçirilən islahatlar həmçinin dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə və investisiya mühitinin yaxşılaşdırılmasına  yönəldilib. Diplomatik missiyanın rəhbəri olaraq şəxsən azərbaycanlı iş adamlarının Özbəkistandakı investisiyalarına tam zəmanət verirəm,”- deyə səfir bildirib.

 

Bütün xəbərlər