330x100
 

Azad olunan ərazilərin böyük iqtisadi potensialı var – Millət vəkili

02.12.2020,16:47


2 dekabr, Fineko/abc.az. Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük iqtisadi potensialı var. Bu ərazilər həm aqrar üstünlüyü, həm də xammal bazası, emaledici sənaye istehsalı baxımından fərqlənən rayonlarımızdır.

ABC.AZ xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, həmin ərazilərimizin imkanları orada iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yaradacaq: “Xüsusən işğaldan azad edilən ərazilərimizin kənd təsərrfüatı potensialı kifayət qədər böyükdür. Nəzərə alaq ki, Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambq, taxıl, üzüm istehsalına görə ölkədə aparıcı rayolar sırasında idilər. Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da üzümçülükdə fərqlənirdi. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda heyvandarlıq çox inkişaf etmişdi. Daxili ət istehsalında bu rayonlarımızın payı kifayət qədər böyük idi”.