330x100
 

Ödənişləri də, yığımları da azalan sığorta növü - Hesabat

02.12.2020,17:29


2 dekabr, Fineko/abc.az. Bu ilin 10 ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımların həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə 78 771,9 min manat sığorta haqqı yığılıb.

Bəhs olunan müddətdə isə eyni sığorta növü üzrə 47 019 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 6,7%, ödənişləri isə 14,3% azalıb.

Müəllif: Elmir Murad