Aprel ayında “European Cars Ltd” Qafqazda premium avtomobillərin ən iri avtosalonunu açacaq

12:39 - 19.02.2018


19 fevral, Fineko/abc.az. “Audi” markasının Azərbaycanda rəsmi təmsilçisi olan “European Cars Ltd” şirkəti aprel ayında  Qafqazda premium avtomobillərin ən iri avtosalonunu açacaq.

Şirkətin direktoru Fərid Aslan Fineko/abc.az Agentliyinə bildirib ki, avtosalonun açılışı aprelin 7-nə planlaşdırılıb.

“Həmin günə, “Audi”nin yeni A8 modelinin təqdimatının keçirilməsi planlaşdırılır”, - F.Aslan belə deyib.

Avtosalonun yerləşdiyi yer hələ ki açıqlanmır.

 

Bütün xəbərlər