Nazirlik bu binada nöqsanlar aşkarladı - Avtodayanacağını bağlatdı

17:33 - 3.12.2020


3 dekabr, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən mənzil-tikinti kooperativinə məxsus yaşayış binasında yoxlama keçirib.

ABC.AZ xəbər verir ki, bu zaman yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yaşayış binasının yeraltı avtodayanacaq sahəsində xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.

Bütün xəbərlər