330x100
 

Ermənistan xarici işlər naziri, xəyal dünyasından reallığa dönməlidir – XİN

04.12.2020,10:32


4 dekabr, Fıneko/abc.az. Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir.

ABC.AZ-a daxil olan məlumata görə, bu Azərbaycan XİN Mətbuat xidməti İdarəsinin Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Armenpress” agentliyinə verdiyi müsahibəsinə dair şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistan xarici işlər naziri, xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir: “Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır".